UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Belarusun BATE klubu arasında keçiriləcək cavab matçının hakimləri müəyyənləşib.
Sportarena.az xəbər verir ki, qitə futbol qurumu bu qarşılaşmanı latviyalı hakimlər briqadasına həvalə edib. Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona yan xətt hakimləri Harald Qudermanis və Aleksey Spasyonnikov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Aleksandr Qolubev yerinə yetirəcək.
Qeyd edək ki, BATE - "Qarabağ" matçı avqustun 14-də "Borisov Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Bu komandalar arasında Bakıda keçirilən ilk oyun Belarus klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.