Ronaldo komanda yoldaşını "Sportinq"ə göndərdi

11:51 11 Avqust 2018

“Yuventus”un yarımmüdafiəçisi Stefano Sturaro karyerasını Portuqaliyada davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, “Sportinq” futbolçunu bir illik icarəyə götürəcək. Bu barədə futbolçunun meneceri Karlo Volpi məlumat verib. Volpi İtaliya mətbuatına açıqlamasında bunları deyib:

 

“Bu gün Portuqaliyaya gedirik. Sturaro “Sportinq”ə icarəyə veriləcək. Onun "Sportinq"ə keçməsində Kriştiano Ronaldonun sözlərinin böyük rolu oldu”.

 

Xəbərdə "Yuventus"un hücumçusu Kriştiano Ronaldo və menceri Jorje Mendeşin Sturaronu “Sportinq”ə getməsi üçün razı saldıqları bildirilib.

 

Qeyd edək ki, Ronaldo “Mançester Yunayted”ə getməmişdən öncə 5 il yetişdiyi “Sportinq”in şərəfini qorumuşdu.


Digər xəbərlər

Xəbər xətti