Çexiyanın futbol üzrə gənclər liqasında 1-ci turdan təxirə salınmış oyunlar keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Sparta” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:5. Nəbiyev də bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və 80-ci dəqiqədə əvəzlənib.
“Slaviya”nın U-21 komandası hazırda 3 xalla 12 komanda arasında 8-ci pillədə qərarlaşıb.