Ayxan Abbasov: "Bizə oyun tempi lazım idi ki, bunu əldə etdik"

15:46 11 Avqust 2018

“Zirə” yoxlama oyunu çərçivəsində dünən “Qarabağ”ın əvəzedici komandası ilə qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, "qartallar"ın 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib:

 

"Bilirsiz ki, bu həftə çempionatdakı oyunumuz təxirə salındı. Bizə də oyun lazım idi. Sağ olsunlar, "Qarabağ"dan xahiş etdik, əvəzedici komanda ilə yoxlama oyunu keçirməyə razılıq verdilər. Həmçinin, əsas heyətdə şans qazanmayan futbolçuları bizimlə oyuna göndərdilər. Normal oyun oldu. Bizə əsasən oyun tempi lazım idi ki, bunu əldə etdik. Bu həftəni oyunla başa vurmaq istəyirdik, buna nail olduq. Düzdür, zədələrimiz oldu, bunlar da futbolda baş verən hadisələrdir".


Digər xəbərlər

Xəbər xətti