"Səbail"dən daha bir transfer

18:20 11 Avqust 2018

“Səbail” daha bir futbolçunun transferini reallaşdırıb.

 

Sportarena.az xəbər verir ki, Bakı təmsilçisi bolqarıstanlı futbolçu Emil Martinovla müqavilə bağlayıb. 26 yaşlı yarımmüdafiəçi “Səbail”lə bir illik müqavilə imzalayıb.

 

Martinovun son klubu Bolqarıstan "Slaviya"sı (Sofiya) olub. Onun “Səbail”ə keçidini klubun prezidenti Ventseslav Stefanov da təsdiqləyib.


Digər xəbərlər

Xəbər xətti