Bu gün Topaz Premyer Liqasında 2018/19 mövsümünə start verilib.
Sportarena.az xəbər verir ki, mövsümün açılış matçı “Sumqayıt” və “Neftçi” komandaları arasında keçirilib. Matçın 47-ci dəqiqəsində maraqlı hadisə baş verib. Belə ki, “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin Rəşad Eyubovun əvəzinə Ömər Buludovu mübarizəyə qoşub. Millimizin üzvü isə Bordinin bu qərarına etiraz edib. O, meydanı narazı şəkildə tərk edib.
Qeyd edək ki, Rəşad hadisə baş verən dəqiqədə zədə almışdı. Amma bu zədə onun oyunu davam etdirə bilməməsi ilə nəticələnməyəcəkdi.