Mirabdulla Abbasov: "Çox sevinirəm ki, çempionatda ilk qola mən imza atdım"

01:45 12 Avqust 2018

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov Topaz Premyer Liqasının I turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlama verib..

 

Sportarena.az xəbər verir ki, mövsümün ilk qolunu vuran forvard fərqlənməyin psixoloji cəhətdən faydalı olduğunu deyib.

 

"Çox sevinirəm ki, çempionatda ilk qola mən imza atdım. Ən vacib olan qələbə qazanmaq idi. Qol vurmağımdan da bu daha önəmlidir. Hücumçu kimi üzərimə belə bir vəzifə düşür. Çox şadam ki, qolumla komandamın qələbəsində pay sahibi oldum. Əlbəttə. Hücumçuya qol vurmaq psixoloji cəhətdən kömək edir. Bu da mənə yaxşı təsir etdi".

 

Abbasov qələbəyə layiq olduqlarını bildirib:

 

"Fikrimcə qələbəyə layiq idik. Hələ çempionat təzə başlayıb. İndidən nəsə söyləmək tezdir. Oyundan-oyuna daha yaxşı formada olacağıq".

 

Mirabdulla qol vurmasına baxmayaraq, özünü oyunun ən yaxşısı adlandırmayıb:

 

"Bunu bilmirəm, deyə bilmərəm. Hamının qələbədə payı var. Özümü qəhraman hesab etmirəm. Üzərimə düşən qol vurmaq idi və buna nail oldum".


Digər xəbərlər

Xəbər xətti