Səlahət Ağayev "Sevinirəm ki, qol buraxmadıq"

11:35 12 Avqust 2018

“Neftçi”nin qapıçısı Səlahət Ağayev Topaz Premyer Liqasının ilk turu çərçivəsində qarşılaşdıqları “Sumqayıt” üzərində qələbəni (2:0) şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında qapısını toxunulmaz saxladığı üçün şad olduğunu bildirib:

 

"Sevinirəm ki, bu gün qol buraxmadıq. Qapıçı üçün bu, çox vacib amildi. Amma ən önəmlisi odu ki, qələbə qazandıq. Düzdü, hər iki komandanın qol vurmaq üçün şansları oldu. Lakin biz bunlardan daha yaxşı istifadə edib, qalib gəldik. Çempionata 3 xalla başlamaq vacibdi”.


Digər xəbərlər

Xəbər xətti