Futbol üzrə Almaniya Super Kubokunun qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, qalib adı uğrunda Bundesliqanın qalibi “Bavariya” ilə Almaniya Kubokunun son sahibi “Ayntraxt” mübarizə aparıb. Münhen klubu Frankfurt təmsilçisini 5 cavabsız qolla məğlub edərək, Super Kuboku başı üzərinə qaldırıb. Robert Levandovskinin het-trikə imza atdığı görüşdə Kinqsli Komanla Tyaqo Alkantara da hərəyə bir dəfə fərqlənib.
Bu, “Bavariya”nın tarixində 7-ci Super Kubok zəfəridi. Münhen klubu 1987, 1990, 2010, 2012, 2016 və 2017-ci illərdə də Almaniya Super Kubokunu başı üzərinə qaldırmışdı. “Ayntraxt” isə ikinci dəfə oynadığı Super Kubok görüşündən yenə məğlub ayrıldı.