Futbolçumuza mövsümün ilk oyununda ehtiyac duyulmadı

12:33 13 Avqust 2018

Futbol üzrə Portuqaliya Sequndasında yeni mövsümə start verilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Dmitri Nağıyevin yeni klubu - “Kova da Piedade” də 2018/19 mövsümündə ilk matçına çıxıb. Sözügedən klub səfərdə “Gimaraynş”ın B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Nağıyev bu oyunun iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.


Digər xəbərlər

Xəbər xətti