Mladen Milinkoviç 55-ci oldu

14:28 13 Avqust 2018

Topaz Premyer Liqasının 1-ci turunun “Keşlə” - “Sabah” qarşılaşması (0:1) daha bir legioner baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin çalışdırıcısı Mladen Milinkoviç yarışın tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb. O, Azərbaycan çempionatlarında 4-cü serbiyalı baş məşqçidir.

 

Milinkoviçə qədər həmyerliləri Petar Kurçubiç “Olimpik”i (indiki “Şüvəlan”), Milinko Pantiç “Bakı”nı çalışdırıb. Miroslav Saviç isə baş məşqçi əvəzi kimi “Masallı”nı bir oyuna çıxarıb.


Digər xəbərlər

Xəbər xətti