Messi ən titullu futbolçu oldu

14:59 13 Avqust 2018

“Barselona”nın futbolçusu Lionel Messi Kataloniya klubunda ən titullu oyunçuya çevrilib.

 

Sportarena.az xəbər verir ki, argentinalı hücumçu “Barsa”nın İspaniya Superkubokunu qazanması ilə bu rekorda imza atıb. Qazanılan son kubok Messinin “Barselona”da 33-cü titulu olub. Bunadək Messi titul sayına görə komandanın sabiq kapitanı Andres İnyesta ilə şərik idi. 

 

Qeyd edək ki, Messi 9 dəfə İspaniya, 3 dəfə klublararası dünya çempionu, 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Superkubokunun, 4 dəfə Çermpionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun qalibi olub. 


Digər xəbərlər

Xəbər xətti