Ekvadorda yerli "Barselona" klubunun azarkeşləri qəzaya uğrayıb.
Sportarena.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Xəbərə görə, faciəvi olay Kuenkidən Quyakilə gedən yolda qeydə alınıb. Fanatlar komandanın səfər oyunundan qayıtdıqları vaxt avtobus yoldan çıxaraq aşıb. Nəticədə ən azı 12 nəfər ölüb, daha 30-u yaralanıb.
"Barselona"nın Quyakildəki ev arenasında müvəqqəti kilsə qurulub. Orada insanlar ölənlərin xatirəsini yad edə bilərlər.