"Qəbələ" çempionatın əsasnaməsini pozdu - FOTOLAR

17:16 13 Avqust 2018

Topaz Premyer Liqasının ilk turu əsasnamənin pozulması ilə yadda qalıb.

 

Sportarena.az xəbər verir ki. avqustun 12-si keçirilən "Qəbələ" - "Səbail" (3-0) qarşılaşması zamanı ev sahibi komandanın futbolçularının bəziləri meydana üzərində soyadları ingilscə yazılmış formalarla çıxıb. Əsasnaməyə görə, Topaz Premyer Liqasında çıxış edən komandaların futbolçularının geyindikləri formalardakı ad və soyadlar yalnız Azərbaycan dilində olmalıdır.

 

Kluba hansı cəzanın veriləcəyi yaxın günlərdə bilinəcək. (Premyer.az)


Digər xəbərlər

Xəbər xətti