Futbol üzrə Türkiyə 1-ci liqasında yeni mövsümə start verilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da 2018/19 mövsümündə ilk matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Əskişəhərspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Ozan da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 69-cu dəqiqəsində meydana buraxılıb.