PSV-nin futbolçusu BATE-yə rəqib olmaq istəyir?

10:46 14 Avqust 2018

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibi olan PSV-nin futbolçusu Luk de Yonq Ağdam komandasının növbəti mərhələyə yüksəlmək şansının çox olmadığını düşünür.

 

Sportarena.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ÇL-in 3-cü təsnifat mərhələsinin Bakıda keçirilmiş ilk oyununda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edən BATE-nin daha şanslı olduğunu bildirib:

 

“BATE ilk oyunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlib. Ona görə də, rəqimizin məhz Belarus komandası olması ehtimalı çoxdur. Kiminlə oynayacağımız dəqiqləşəndən sonra yaxşı hazırlaşacağıq”.

 

De Yonq son illərdə Hollandiya klublarının avrokuboklardakı zəif çıxışı barədə də danışıb:

 

“Bu, Hollandiya futbolçu üçün rüsvayçılıqdır. Ümid edək ki, “Ayaks” ÇL-in qrup mərhələsinə vəsiqə qazanacaq”.

 

Bu gün Borisovda keçiriləcək BATE - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti