"Qalatasaray" yetirməsini transfer etdi

11:16 14 Avqust 2018

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Super Liqanın son qalibi aşağı liqa təmsilçisi “Bandırmaspor”da forma geyinən Birhan Vatansevəri heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər iki illik müqaviləyə imza atıblar.

 

Yarımmüdafiəçi olan Birhan məhz “Qalatasaray”ın yetirməsidi. O, 2011-ci ildə cəlb olunduğu İstanbul klubunun U-16, U-19 və U-21 komandalarında oynayıb, 2015-ci ildə “Berqama Bələdiyəsi”nə icarəyə verilib. Vatansevər “Bandırmaspor”a ötən mövsümün əvvəlində transfer olmuşdu.


Digər xəbərlər

Xəbər xətti