Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək BATE - "Qarabağ" oyununa 12 minə yaxın bilet satılıb.
Sportarena.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb. Azarkeş tutumu 13121 nəfər olan "Borisov-Arena"nın kassalarına satışda təxminən 1500 biletin qaldığı bildirilir. Oyun saatına kimi biletlərin hamısının satılacağı gözlənilir.
Xatırladaq ki, görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq. İlk oyunda "Qarabağ" rəqibinə 0:1 hesabı ilə uduzub.