"Səbail"dən ayrılan Nurlan Novruzov karyerasını Türkiyədə davam etdirəcək.
Sportarena.az xəbər verir ki, 25 yaşlı futbolçu həvəskar liqada - BAL liqasında çıxış edən "Dərsim 62 Spor" klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Novruzov 2014/15 mövsümündə "Bakı" nın heyətində Azərbaycan çempionatının bombardiri olub.