Millimizin Prezident kubokundakı oyun təqvimi məlum oldu

14:32 14 Avqust 2018

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda keçiriləcək “Prezident kuboku” turnirində iştirak edəcək.

 

Sportarena.az xəbər verir ki, 6 komandanın mübarizə aparacağı yarışın püşkünün nəticəsinə əsasən, millimiz Qazaxıstan və Qırğızıstanın U-17 yığmaları ilə birgə B qrupunda yer alıb. A qrupunda isə Tacikistan və Krasnodar Akademiyasının U-17 komandası ilə yanaşı, Qazaxıstanın 16 yaşadək futbolçulardan ibarət yığması mübarizə aparacaq.

 

Avqustun 24-də start götürəcək turnirin ilk oyun günündə, təqvimə əsasən, Azərbaycan yığması meydana çıxmayacaq. Komandamız növbəti gün Qırğızıstan yığması ilə üz-üzə gələcək.

 

25 avqust, saat 16:00

Qırğızıstan - Azərbaycan

 

26 avqust, saat 16:00

Azərbaycan - Qazaxıstan


Digər xəbərlər

Xəbər xətti