Çempionlar Liqaısının 3-cü təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ" BATE-nin qonağı olub. İlk oyunda 0:1 hesabı ilə məğlub olan Ağdam klubu Belarusda rəqibi ilə heç-heçə edərək (1:1) qitənin bir nömrəli klub turnirində mübarizəni dayandırmalı olub.
Sportarena.az xəbər verir ki, oyundan sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanov mətbuat konfrasında iştirak edib. Təcrübəli mütəxəssis bunları deyib:
"BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətiylə təbrik edirəm. Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər. Futbolçularımdan razı qaldım, son ana qədər mübarizə apardılar. Hakimlik haqda heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqda fikirləşməliyik".