BATE-nin baş məşqçisi Aleksey Baqa Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırdıqları matçı şərh edib.
Sportarena.az xəbər verir ki, belaruslu mütəxəssis matçdan sonra fikirlərində 1:1 hesabıyla nəticələnən qarşılaşmada rəqibi də fərqləndirib:
"Matç gözlədiyimiz kimi çətin keçdi. Yaxşı oldu ki, ilk qolu biz vurduq, bir az üstünlük qazandıq. Ancaq "Qarabağ" güclü komandadı və final fitinədək təslim olmurdu. Əvəzetmələr? Futbolçular meydana oyunu gücləndirmək üçün meydana çıxırlar. Futbolçuları da bu məqsədlə buraxırdıq".