"Yuventus"un futbolçusu Mario Mandzukiç Xorvatiya millisindəki karyerasını başa vurub.
Sprotarena.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu Xorvatiya Futbol Federasiyasının saytına açıqlamasında bildirib.
Qeyd edək ki, 2007-ci ildən Xorvatiyanın əsas komandasında oynayırdı. O, 89 matçda 33 qol vurub və yığmanın tarixinin ən yaxşı ikinci bombardiridir. M.Madzukiç milli ilə DÇ-2018-in gümüş mükafatçısı olub.