"Zirə" - "Keşlə" matçının yeri dəyişdirildi

13:35 15 Avqust 2018

Topaz Premyer Liqasının 2-ci turunun “Zirə” - “Keşlə” görüşünün yeri dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, əvvəlcədən “Dalğa Arena”ya təyin edilən görüş “AZAL Arena”da reallaşacaq. Bu barədə PFL məlumat yayıb.

 

“Dalğa Arena”nın ot örtüyünün yüklənməsinin qarşısını almaq, milli komandaların qarşıdakı oyunlarını, “Zirə”nin müraciətini və “Keşlə”nin razılığını rəhbər tutan PFL, matçın yerinin dəyişdirilməsinə qərar verib.

 

Belə ki, 2-ci turun “Zirə” - “Keşlə” oyunu 18 avqust saat 20:30-da “AZAL Arena”da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti