Milli komandamızın üzvü Ramil Şeydayev karyerasını Avstriyada davam etdirməyə yaxındı.
Sportarena.az xəbər verir ki, 22 yaşlı forvard Avstriya Bundesliqasında mübarizə aparan "Mattersburq" klubu ilə anlaşıb. Bu barədə Avstriya mətbuatı məlumat yayıb. Hazırda sözügedən klubun düşərgəsində olan futbolçumuz "Mattesburq"la bütün məsələlərdə razılıq əldə etsə də, müqaviləyə qol çəkməyə tələsmir.
Avstriyalı həmkarlarımızın iddiasına görə, Ramilin meneceri hazırda Rusiya Premyer Liqasında çıxış edən "Krılya Sovetov"la danışıqlar aparır. Rusiya klubu ilə menecer arasında razılıq əldə olunmasa, Şeydayev "Mattesburq"la müqaviləyə dərhal imza atacaq. Bu məsələnin həftəsonuna qədər həll ediləcəyi gözlənilir.