6 illik azarkeş qadağası ləğv edilir

14:41 15 Avqust 2018

Misirli futbol azarkeşləri 2012-ci il sentyabrın 1-dən sonra ilk dəfə stadionlarda oyunları izləyə biləcəklər.

 

Sportarena.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Misirin gənclər və idman naziri Əşrəf Sobhi məlumat verib. Sobhi bu qərarın Misir dövləti tərəfindən qəbul edildiyini bildirib.
Nazirin dediyinə görə, misirli azarkeşlərin tribunalara buraxılması məsələsi ölkənin futbol assosiasiyası və klubların təmsilçiləri ilə razılaşdırılıb. İlk mərhələdə stadionlara beş minə qədər adam buraxılacaq.

 

2012-ci ilin fevralında Port-Səid şəhərindəki stadionda faciəli insidentdən sonra Misirdə stadionlara giriş qadağan olunmuşdu. Həmin vaxt meydan sahibi “Əl-Məsri” və Qahirənin “Əl-Əhli” klubları arasında keçirilən oyunda tribunalarda baş vermiş kütləvi davalarda 70 azarkeş həyatını itirmişdi.


Digər xəbərlər

Xəbər xətti