Futbol üzrə Xorvatiya yığmasının daha bir üzvü milli karyerasını başa vurub.
Sportarena.az xəbər verir ki, Fransanın “Monako” klubunun qapıçısı Daniel Subaşiç də yığma karyerasını bitirdiyini açıqlayıb. 2009-cu ildən Xorvatiya yığmasına çağırılan 33 yaşlı Subaşiç, ölkəsinin əsas komandası ilə 44 oyuna çıxıb. O, 2012-ci ildən “Monako”da forma geyinir.
Subaşiçdən əvvəl Vedran Corluka və Mario Mancukiç də Xorvatiya yığmasındakı karyeralarını bitirdiklərini açıqlamışdılar.