"Bavariya"nın futbolçularına telefon qadağası

16:44 15 Avqust 2018

“Bavariya”nın baş məşqçisi Niko Kovaç futbolçular üçün yeni qaydalar müəyyənləşdirib.


Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis oyunçularına komandanın bazasında, paltardəyişmə otağı və onun ətrafında mobil telefondan istifadəni qadağan edib. O bildirib ki, futbolçular yemək və istirahət zamanı başlarını telefondan qaldırmalı, bir-biriləri ilə ünsiyyətdə olmalıdırlar. Eyni qayda bərpa və fizioterapiya prosedurlarına da aiddir. Kovaçın fikrincə, futbolçular istirahət etməlidirlər, telefonda əylənməli deyillər.
 

Qeyd edək ki, Kovaç ötən mövsümün sonunda “Bavariya”ya baş məşqçi təyin olunub.


Digər xəbərlər

Xəbər xətti