"Fənərbaxça" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizəni dayandırıb.
Sportarena.az xəbər verir ki, İstanbul klubu ilk oyunda səfərdə 0:1 hesabı ilə uduzduğu "Benfika" ilə öz meydanında bərabərə qalıb - 1:1. Bu nəticədən sonra cari mövsüm ÇL-in qrup mərhələsində Türkiyəni yalnız çempion "Qalatasaray" təmsil edəcək.
Qeyd edək ki, "Qalatasaray" daha 15 il milyon avronu ÇL-in qrupunda iştirakına görə əldə edəcək.