Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, keçiriləcək 36 qarşılaşma ilə pley-off mərhələsinə yüksələn komandalar bəlli olub. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə mübarizədən məğlub ayrılaraq turnirlə vidalaşan “Qarabağ”ın da Avroliqanınn pley-off-undakı rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi İslandiyanın "Valür” komandasını mübarizədən kənarlaşdıran "Şerif"lə (Moldova) qarşılaşacaq. Moldovada keçirilən ilk görüşdə 1:0 hesablı qələbə qazanan “Şerif” səfərdə 1:2 hesabı ilə məğlub olsa da, səfərdə vurulan qol sayəsində "Qarabağ"a rəqib olub.
"Şerif" "Qarabağ"a yad rəqib deyil. Bu komandalar ötən mövsüm ÇL-in 3-cü təsnifat mərhələsinə üz-üzə gəlmişdilər. Bakıdakı oyunda hesab açılmasa da, Qurban Qurbanovun yetirmələri səfərdə 2:1 hesabı ilə qalib gələrək, Azərbaycan futbolu tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirin pley-off mərhələsinə vəsiqə qazanmışdı
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.
Avropa Liqası: 3-cü təsnifat mərhələsi, cavab oyunu
16 avqust
23:00 Valür (İslandiya) - Şerif (Moldova) 2:1 (İlk oyun 0:1)