“Atletiko”nun futbolçusu Dieqo Kosta UEFA Supe rkubokunun tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, İspaniya millisinin üzvü “Real”la keçirilən oyunun 1-ci dəqiqəsində hesabı açmaqla rekorda imza atıb. Bu, UEFA Super kuboku tarixində ən erkən vurulan qoldur. 29 yaşlı hücumçu 49-cu saniyədə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Estoniyanın paytaxtı Tailində keçirilən 120 dəqiqəlik görüşdə "Real"ı 4:2 hesabı ilə məğlub edən "Atletiko" Super kubokun qalibi olub.