Keçmiş günlərini çıraqla axtaran "Milan" önəmli olan iki transfer reallaşdırdı.
Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar" "Cenoa"dan Dieqo Laksaltla "Vilyarreal"dan Samu Kastilyexonu transfer edib. Uruqvay millisinin sol cinah müdafiəçisi olan Laksaltın transferi 14+4 milyon avroya başa gəlib. Dünya çempionatındakı çıxışı ilə parlayan Laksalt öncə "Zenit"lə razılaşsa da, "Milan"dan aldığı təklifdən sonra qərarını dəyişib.
Bundan əlavə rossyonerlilər "Vilyareal"ın yarımmüdafiəçisi Kastilyexonu satın alma şərtiylə icarəyə götürüb. "Milan" mövsümün sonunda 19 milyon avro ödəyərək, 23 yaşlı futbolçunu mütləq transfer etməlidir. Əvəzində kolumbiyalı hücumçu Karlos Baka "sarı sualtı qayığ"da icarə əsasında çıxış edəcək.
Laksalt ötən mövsüm 34 oyuna 4 qol vurub, 3 assist edib. Kastilyexo isə 6 qol vurub, 8 assist edib.