FİFA uzun fasilədən sonra milli komandaların reytinq cədvəlini açıqlayıb.
Sportarena.az xəbər verir ki, bundan əvvəlki reytinqlə müqayisədə millimizin mövqeyində dəyişiklik olmayıb. FİFA-nın yeni hesablama sisteminə əsasən, Qurban Qurbanovun baş məşqçi olduğu komanda 1207 xalla 105-ci yerdədir.
Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Farer adaları 1268 xalla 90-cı, Kosovo 1080 xalla 141-ci, Malta isə 928 xalla 184-cü yerdədir. Hər üç komandanın mövqeyində dəyişiklik olmayıb.
Siyahının ilk üç pilləsində isə dəyişiklik olub. DÇ-2018-in qalibi Fransa 1-ci pilləyə (1726) yüksəlib. Belçika 2-ci (1723), Braziliya 3-cü (1431) yerdə qərarlaşıb.