Roberto Bordin ölkəsindəki faciəyə biganə qalmadı

13:23 16 Avqust 2018

“Neftçi”nin baş məşqçisi Roberto Bordin İtaliyanın Genuya şəhərində baş vermiş faciəvi hadisə ilə bağlı başsağlığı verib.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis körpünün uçması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı bunları bildirib:

 

“Özümün və ailəmin adından Genuyada körpünün uçması nəticəsində həlak olanlara görə ən səmimi şəkildə başsağlığı verirəm. Dünyasını dəyişənlərin doğmalarına, yaxınlarına möhkəm və səbrli olmağı, hadisədən zərərçəkənlərə isə tezliklə sağalmağı arzulayıram”.


Digər xəbərlər

Xəbər xətti