Şeydayev "Krılya Sovetov"un heyətində meydana çıxdı - Onunla müqavilə imzalanacaq?

14:42 16 Avqust 2018

Millimizin futbolçusu Ramil Şeydayevin "Krılya Sovetov"a keçidi gerçəkləşmək üzrədir.

 

Sportarena.az xəbər verir ki, Rusiya Premyer Liqa təmsilçisi "Tvitter" sosial şəbəkəsindəki hesabı ilə 22 yaşlı hücumçu ilə müqavilə imzalamağı planlaşdırdığını açıqlayıb. Hazırda klubun düşərgəsində olan Ramil əsas komanda ilə birlikdə gənclər komandasına qarşı görüşdə də iştirak edib. O, 3:1 hesabı ilə qalib gəldikləri matçda qollardan birinin müəllifi olub.

 

Qeyd edək ki, Ramil Şeydayev bir neçə gün öncə "Trabzonspor"dan ayrılıb.


Xəbər xətti