Estoniya UEFA Super Kuboku uğrunda oyunun təşkili üçün xərclədiyi vəsaitin miqdarı açıqlanıb.
Sportarena.az xəbər verir ki, ölkə bu turnirin final matçını qəbul etmək üçün cəmi 7 milyon avro xərcləyib. Bu barədə Estoniya Futbol İttifaqının prezidenti Ayvar Poxlak bildirib. Onun sözlərinə görə Estoniya hökuməti paytaxt Tallində matçın keçirildiyi "Lilleküla” stadionunun yenidənqurması üçün 5 milyon avro ayırıb. Milli assosiasiya isə 2 milyon avro sərf edib.
Superkubokda ÇL-in qalibi "Real"la, Avroliqanı qazanmış "Atletiko” qarşılaşıb. Madridlilərin duelində "Atletiko" 4:2 hesablı qələbəyə sevinib.