"Şalke"nin futbolçusu Tilo Kererin PSJ-yə keçidi rəsmiləşib.
Sportarena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi ilə 2023-cü il iyunun 30-na qədər müqavilə imzalanıb. Bu transfer üçün Paris təmsilçisi 37 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Kerer ötən mövsüm "Şalke"də 59 matçda 4 qol vurub.