Bu gün Türkiyə Klublar Birliyinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş” və “Bursaspor” klublarının televiziya kanallarının bağlanılması üçün ortaq qərar verilib. Buna səbəb, klubların üzləşdiyi maddi problemlərdi. Klublar özəl televiziyalarına ayırdıqları büdcəni akademiyaya yönəldəcək.
Qeyd edək ki, son günlərdə Türkiyədə dolların qiymətinin kəskin qalxmasından sonra futbol klubları da maliyyə məsələlərində ehtiyatlı davranmağa başlayıblar.