“Qalatasaray”ın fransız müdafiəçisi Lionel Karol karyerasını Fransada davam etdirəcək.
Sportarena.az xəbər verir ki, 27 yaşlı futbolçu Liqa 1 təmsilçisi “Strasburq”la razılığa gəlib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Fransa klubunun futbolçu üçün “sarı-qırmızılar”a 600 min avro ödəyəcəyi bildirilir.
Karol son mövsümü icarə əsasında “Sevilya” klubunda keçirib.