Çempionlar Liqasının oyunları “Facebook”da yayımlanacaq

15:17 17 Avqust 2018

“Facebook” sosial şəbəkəsi Latın Amerikasında Çempionlar Liqasının oyunlarının yayım hüququnu alıb.

 

Sportarena.az xəbər verir ki, Çempionlar Liqası, UEFA superkuboku və UEFA bayrağı altında keçirilən başqa oyunlardan 32-si il ərzində “facebook” tərəfindən canlı yayımlanacaq. Müqavilə qarşıdakı 3 il üçün nəzərdə tutulub. 

 

Qeyd edək ki, oyunlar UEFA Çempionlar Liqasının rəsmi “Facebook” səhifəsindən yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti