Rusiyanın "Yenisey" klubunun Azərbaycan əsilli rusiyalı futbolçusu Sərdar Sərdarovun yeni komandasının adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, 24 yaşlı vinger karyerasını Polşada davam etdirəcək. O, "Krakoviya" klubu ilə 1+1 illik müqavilə bağlayıb. Sərdarov yay transfer dönəmində "Sumqayıt"ın düşərgəsində olsa da, onun transferi baş tutmayıb.
Qeyd edək ki, Sərdarov Rusiyanın U-17, U-19, U-21 millilərində çıxış edib. Sərdar bir müddət əvvəl AFFA-nın onu milliləşdirmək istədiyini açıqlamışdı.