Cənubi Koreya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Asiya təmsilçisi portuqaliyalı Paulo Bentu ilə anlaşıb. 49 yaşlı mütəxəssislə 2022-ci ilə qədər nəzərdə tutulan müqavilə bağlanılıb. O, bu postda Sin Txe Yeni əvəzləyib.
Cənubi Koreya yığması Rusiyada keçirilən DÇ-2018-də qrupdan çıxa bilməmişdi.
Bentu 2010-2014-cü illərdə Portuqaliya millisinin "sükanı arxasında” olub. O, son olaraq Çinin "Çanqçun Lifan” klubunda çalışıb.