Türkiyə Superliqasının üzvü "Ankargücü" heyətini italiyalı futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, klub yarımmüdafiəçi Alessio Çerçini heyətinə qatıb. Azad agent kimi transfer edilən 31 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanacaq.
Karyerası ərzində "Roma”, "Torino”, "Atletiko”, "Milan”, "Cenoa” kimi klublarda forma geyinən Çerçinin son ünvanı "Verona” olub.