Şəhriyar Məmmmədyarov üçün növbəti turnir

13:58 18 Avqust 2018

Avqustun 19-da ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində şahmat üzrə Sinkfild superturniri start götürəcək.

 

Sportarena.az xəbər verir ki, turnirdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edəcək. Şəhriyarla yanaşı, Maqnus Karlsen (Norveç), Fabiana Karuana, Uesli So, Xikaru Nakamura (hamısı ABŞ), Sergey Karyakin, Aleksandr Qrişuk (hər ikisi Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) və Levon Aronyan (Ermənistan) da turnirə qatılacaq.

 

Şəhriyar Məmmədyarov ilk turda ağ fiqurlarla amerikalı Uesli Soya qarşı mübarizə aparacaq.

 

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq. Yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.


Digər xəbərlər

Xəbər xətti