“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Şerif”ə (Moldova) qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.
Sportarena.az xəbər verir ki, avqustun 23-də Tiraspolda keçiriləcək oyun avstriyalı hakimlərə həvalə olunub. Matçın baş hakimi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbiç və Yulian Veynberqer kömək edəcəklər. Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi siə finlandiyalı Teyvo Holopaynendir.
“Şerif” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Avropa Liqası: pley-off mərhələsi, ilk oyun
23 avqust
21:00 Şerif - Qarabağ
Baş hakim: Harald Lexner
Yan xətt hakimləri: Andreas Heydenrex, Maksimilian Kolbiç
Ehtiyat hakim: Yulian Veynberqer (hamısı Avstriya)
Hakim-inspektor: Vladimir Petrov (Ukrayna)
UEFA nümayəndəsi: Teyvo Holopaynen (Finlandiya)
Moldova, Tiraspol. "Şerif stadium".