“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb.
Sportarena.az xəbər verir ki, o, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 23-də Ukraynada yerli “Zarya” və Almaniyanın “Leyptsiq” klubları arasında baş tutacaq ilk oyunun UEFA nümayəndəsi təyin olunub.
Qeyd edək ki, sözügedən matç Zaporojyedəki “Slavutiç Arena”da keçiriləcək və saat 20:30-da start götürəcək.