Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Osmanlıspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Ozan bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.
“Girəsunspor” 2 turdan sonra 6 xalla 1-ci pillədə qərarlaşıb.