Topaz Premyer Liqasında 2-ci turun “Nefçi” – “Qəbələ” (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:
- Gözəl oyun alındı. Futbolçularım yaxşı oynadılar. Əlbəttə, üçüncü qolu da vura bilərdik. Ancaq sona yaxın hiss etdik ki, rəqibin təzyiqi var. Buna baxmayaraq yaxşı oynadıq.
- Müdafiədəki boşluqları doldurmaq üçün hansı işlər görülür?
- Sona yaxın səhvlərin olamsı normaldı. Məcbur olduq, son dəqiqələrdə 5 müdafiəçi ilə oynadıq. Transfer məsələsi haqda isə, bu barədə açıqlamalar verilib. Bizə təzyiq göstərirlərsə, bu o demək deyil ki, yeni futbolçu almalıyıq.
- Üçüncü tur “Qarabağ”la oyun təxirə salına bilər. Bu sizin komandaya təsir edə bilərmi?
- Bu oyuna hələ var. Ola bilsin, yoldaşlıq oyunu keçirdik.
- “Qarabağ” sizin sabiq komandanız “Şerif”lə qarşılaşacaq. Bu haqda nə deyə bilərsiniz?
- Düşünürəm ki, maraqlı oyun olacaq.
- Dabonun əvəzetməsi riskli deyildimi?
- Dabonu oyunun son dəqiqəsində əvəzlədik.
- “Qarbağ” – “Şerif” matçında hansı komandanın qalib olmasını istərdiniz?
- Hal-hazırda “Neftçi”yə azarkeşlik edirəm. “Şerif” komandasına gəldikdə, mən həmişə onların uğurlarına sevinəcəm