Ramil Şeydayev debüt etdi

22:53 19 Avqust 2018

Futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin yenicə transfer olunduğu “Krılya Sovetov” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda Moskva “Lokomotiv”i ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

 

Ramil də bu görüşün iştirakçısı olub. O, 81-ci dəqiqədə meydana buraxılıb. Şeydayevlə eyni komandada forma geyinən digər azərbaycanlı futbolçu Azər Əliyev isə sonadək ehtiyatda qalıb.

 

“Krılya Sovetov” 4 turdan sonra 4 xalla 15 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti