Nazim Süleymanov: "Eyforiyaya qapılmaq olmaz"

23:05 19 Avqust 2018

Topaz Premyer Liqasının 2-ci turunun son oyunu çərçivəsində “Sabah” - “Sumqayıt” matçından sonra (1:4) qonaqların baş məşqçisi Nazim Süleymanov mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, o, görüşlə bağlı fikirlərini bölüşüb: 

 

“Qələbə olanda əhval da yaxşı olur. Bu əhvalı yaradan futbolçulara təşəkkür edirəm. Baxmayaraq ki, ilk qolu biz qapımızda gördük, amma toparlana bildik. Futbolçularımız onlardan nə istədiyimizi bilirlər və ona uyğun oynadılar. 5-li müdafiə sistemi oyunçuların fərdi keyfiyyətlərinə uyğun seçilmişdi. Eyforiyaya qapılmaq olmaz, bizim hamımıza aiddir bu”.


Digər xəbərlər

Xəbər xətti